Türkiyənin milli müdafiə naziri terrorçulara xəbərdarlıq etdi

Türkiyənin milli müdafiə naziri terrorçulara xəbərdarlıq etdi
DÜNYA
05:48 04.03.2025
222
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər PKK terrorçularına xəbərdarlıq edib.

AZXEBER.COM xəbər verir ki, o, bu barədə şəhid ailələri və qazilərlə iftar proqramında çıxışı zamanı deyib.

O xatırladıb ki, fevralın 27-də yayılan bəyanatla terror təşkilatları silahı buraxmaq və özlərini ləğv etməklə bağlı təlimat alıb: "Həmin müraciəti diqqətlə araşdırırıq. Mətndə olmayan bəzi məqamlar, o cümlədən atəşkəslə bağlı iddialar gündəmə gətirilir, ictimai rəy çaşdırmağa cəhd edilməməlidir. Bunu açıq şəkildə deyirəm: təxribata icazə verilməyəcək, təmkinli, ağıllı mövqe ortaya qoyulacaq”.
OXŞAR XƏBƏRLƏR