Türkiyənin müdafiə sənayesi komitəsinin sədri Azərbaycana səfər edəcək

Türkiyənin müdafiə sənayesi komitəsinin sədri Azərbaycana səfər edəcək
SİYASƏT
22:19 31.03.2024
319
Türkiyənin müdafiə sənayesi komitəsinin sədri Haluk Görgün Azərbaycana səfər edəcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, səfər 1-2 aprel tarixlərində baş tutacaq.

Səfər çərçivəsində Haluk Görgünün Azərbaycanın müdafiə naziri Zakir Həsənov, müdafiə sənayesi naziri Vüqar Mustafayev və müdafiə nazirinin müavini Aqil Qurbanov ilə görüşməsi nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR