Türkiyənin nüfuzlu universitetlərindən birinə bakalavr və ya magistratura üzrə imtahansız qəbul olmaq istəyirsiniz? Bakalavr üzrə tibb və digər ixtisaslar üzrə tam təqaüdlü və ya endirimli ödənişlərlə təhsil almaq imkanı əldə edəcəksiniz. Magistratura üzrə də həmçinin endirimli ödənişlərlə təhsil almaq istəyənlər üçün artıq qeydiyyatlar başladı.
AZXEBER.COM xəbər verir ki, bu şansı sizin üçün Maltepe Universiteti yaradır
Maltepe Universiteti Türkiyədə və dünyada elmi işləri ilə ün qazanmış təcrübəli akademik heyəti ilə bərabər İstanbulda yerləşən , tam bir şəhər və kampus universitetidir. Bununla yanaşı, bir çox xarici universitet ilə əməkdaşlıq etməkdədir.
Bir çox müvəffəqiyyətə imza atan Maltepe universiteti, tələbələrinə və məzunlarına təqdim etdiyi pulsuz karyera planlaması ilə tələbələrini xəyallarındakı peşəyə hazırlamaqdadır. Maltepe universiteti ERASMUS proqramı daxilində xaricə bir çox tələbə göndərməklə yanaşı, bir çox xarici tələbəyə də ev sahibliyi etməkdədir.
Qeyd edək ki, universitet daxilində 9 fakültə, 3 institut, bir konservatoriya, 2 kollec və bir peşə məktəbi fəaliyyət göstərir.
Ətraflı məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
Maltepe Üniversitesi təqdimat videosu: