Türkiyənin qüruru “Dünyagöz”-dən təhsilə dəstək kampaniyası

Türkiyənin qüruru “Dünyagöz”-dən təhsilə dəstək kampaniyası
SOSİAL
10:51 30.10.2018
2611
22 illik təcrübəsi ilə dünyanın ən böyük xəstəxanalar qurupunun Bakı filialı Ödənişsiz səyyar aksiyalarına davam edir.

AZXEBER.COM xəbər verir ki, Türkiyənin qüruru bu dəfə növbəti TƏHSİLƏ DƏSTƏK aksiyasını UNEC-də keçirtdi.

UNEC-in ardıcıl olaraq hər 3 filialında tələbə poliklinikasında quraşdırılan müayinə avadanlıqları vasitəsilə oftalmoloqlar 10 günlük aksiya müddətində universitetin 1000-ə yaxın müəllim, tələbə və əməkdaşlarını müayinə etdilər.

Aksiyanın məqsədi göz xəstəliklərindən əziyyət çəkən insanları müayinə etmək, problemin həlli istiqamətində onlara yardım göstərməkdir.

Qeyd edək ki, Dünyagöz xəstəxanasının Bakı filialı 1 ildir ki, fəaliyyət göstərir və bu müddət ərzində uşaqlar evində, qocalar evində, hərbi hissələrdə, həmçinin Lələtəpədə bir çox sosial layihələr edərək, göz xəstəliklərindən əziyyət çəkən insanları müayinə edərək, problemin həlli istiqamətində onlara yardım göstərib.
OXŞAR XƏBƏRLƏR