Türkiyənin radardan itən təyyarəsinin qalıqları tapıldı - Pilot həlak olub

Türkiyənin radardan itən təyyarəsinin qalıqları tapıldı - Pilot həlak olub
DÜNYA
23:03 13.11.2025
408
Türkiyəyə məxsus yanğınsöndürmə təyyarəsinin qalıqları tapılıb, pilot həlak olub.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri İbrahim Yumaklı məlumat paylaşıb.

"Xorvatiyada rabitə əlaqəsi kəsilən Meşə Təsərrüfatı Baş İdarəsinə məxsus yanğınsöndürmə təyyarəmizin qalıqları Senj şəhəri yaxınlığında aşkar edilib. Bu faciəvi qəzada həlak olan pilota Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirəm. Meşəçilik təşkilatımıza və böyük xalqımıza başsağlığı verirəm”, - nazir qeyd edib.
OXŞAR XƏBƏRLƏR