Türkiyənin Xaricdə təhsil və xaricdə təhsil sərgisi sektorundakı ən böyük beynəlxalq şirkəti olan “Akare Sərgi şirkəti”, “a2 International Education Fairs”də 2 ildir ki, Beynəlxalq Satışa çıxarma və Əlaqə Müdirliyi vəzifəsini icra edən “Emrah Köknar” İdarə heyətinin qərarı ilə Akare Sərgiçilik və asılı şirkətlərin 5 ölkədəki bütün layihələrini idarə etmək üzrə, şirkətin Baş Rəhbəri vəzifəsinə seçilmişdir.
Akare Sərgiçilik Ümumi Müdirliyinin yanında, eyni zamanda şirkətin Azərbaycan, Bakıda fəaliyyət göstərən, Xaricdə təhsil şirkəti AZEREDU- nun da Ümumi Rəhbərliyi yenə “Emrah Köknar” tərəfindən icra ediləcək.
Hər il 2 dəfə Bakıda Xaricdə təhsil sərgiləri təşkil edən Akare Sərgi şirkəti, bu il reallaşacaq ikinci Sərgisni 10-11 Noyabr 2012 tarixlərində Bakının çox lüks hotellərindən olan, Hilton Oteldə təşkil edəcək.
Tokat-Nisarlı bölgəsində dünyaya gəlib.Orta məktəbi və liyseyi Niarda bitirən Emrah Köknar 2003-cü ildə, “Qaradəniz Texniki Universiteti”-nin İqtisadiyyat fakültəsindən məzun olub. İşin idarə edilməsi və İdarəçilik ( Master of Business Administration) Yüksək Lisans Proqramını İngiltərədə University of Walesdə tamamladıqdan sonra 2009-cu ildə Türkiyəyə qayıtmış və ATLAS Xaricdə təhsil Məsləhətçiliyi şirkətində bir müddət Təhsil Məsləhətçisi kimi fəaliyyət göstərmişdir. 2010-cu ildən etibarən “Akare” sərgi şirkətində çalışan Emrah bəy, Satış, Satışa çıxarma rəhbəri, Beynəlxalq Satışa çıxarma və Ünsiyyət rəhbəri, Azərbaycan üzrə Əməliyyat Rəhbəri kimi müxtəlif vəzifələrdə qwsursuz fəaliyyət göstərmişdir.
Qeyd edək ki, Emrah Köknar Azərbaycanın xaricdə təhsil sektorunda çox böyük əməyi olan və Azərbaycan gəncliyinin keyfiyyətli təhsili üçün çalışan, çox dəyərli Türk iş adamarındandır. Biz də öz növbəmizdə Türk iş adamları arasınsda sadəliyi, səmimiliyi və insanpərvərliyi ilə seçilən Emrah bəyi təbrik edir və göstərmiş olduğu fəaliyyətlər üçün təşəkkürümüzü bildirərək, uğurlar arzu edirik.