Türkiyənin Suriyadakı səfirliyi 12 ildən sonra fəaliyyətini bərpa edib

Türkiyənin Suriyadakı səfirliyi 12 ildən sonra fəaliyyətini bərpa edib
DÜNYA
18:12 14.12.2024
270
2012-ci ildən bağlı olan Türkiyənin Dəməşqdəki səfirliyi bu gün açılıb.

Bu barədə "CNN Türk” məlumat yayıb.

Məlumata görə, binanın üzərində Türkiyə bayrağı ucaldılıb.

Daha əvvəl Türkiyə Mavritaniyadakı səfir Burhan Koroğlunu Suriyada müvəqqəti işlər vəkili təyin edib.
//report
OXŞAR XƏBƏRLƏR