Türkiyənin Suriyadakı səfirliyinə hücum edilib

Türkiyənin Suriyadakı səfirliyinə hücum edilib
Bütün Xəbərlər
17:13 13.11.2011
1239
Suriyanın paytaxtı Şamda Türkiyə səfirliyinin binasına hücum edilib.
Səfirlikdən verilən məlumatlara görə, binanın qarşısında toplanan Bəşşar Əsad tərəfdarları  Türkiyə əleyhinə şüarlar səsləndiriblər. Polis səfirlik binasına daş atan nümayişçilərə  müdaxilə edərək göz yaşardıcı qazlardan istifadə edib.
Səfirlik önündəki nümayişin  2 saata yaxın davam etdiyini deyən səlahiyyətlilər anoloji hadisənin Hələbdəki Türkiyə Baş Konsulluq və Lazkiyədəki Türkiyə Fəxri Konsulluğu qarşısında da baş verdiyini bildiriblər.
Hələb Baş konsulluğu qarşısında toplanan nümayişçilər binanın bağçasına girərək Türkiyə bayrağını endirməyə çalışıblar. Nümayişçilər konsulluq binasının şüşələrini qıraraq Türkiyə bayrağını yandırıblar.
OXŞAR XƏBƏRLƏR