Türkiyənin vitse-prezidenti Azərbaycana başsağlığı verdi

Türkiyənin vitse-prezidenti Azərbaycana başsağlığı verdi
SOSİAL
16:43 30.11.2021
300
Türkiyənin vitse-prezidenti Fuat Oktay Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.

AZXEBER.COM-un xəbərinə görə, o, bu barədə tviter hesabında paylaşım edib.

"Bu gün baş verən hərbi helikopter qəzasında şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirik. Can azərbaycan xalqına və hökumətinə başsağlığı verirəm”, - F.Oktay yazıb.

Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.
OXŞAR XƏBƏRLƏR