Türkiyənin vitse-prezidenti: "Qarabağda görüləcək çox gözəl işlərimiz var"

Türkiyənin vitse-prezidenti: "Qarabağda görüləcək çox gözəl işlərimiz var"
SİYASƏT
15:12 18.02.2021
473
"Biz bir millətik və bunu göstərəcəyik. Sadəcə döyüş meydanında deyil, ondan sonra işğaldan azad olunan bölgələrin bərpa və tikintisində də sizinlə birgə olacağıq. Görüləcək çox gözəl işlərimiz var”.

Bu fikirləri Türkiyənin vitse-prezidenti Fuat Oktay Azərbaycanın Baş naziri Əli Əsədovla görüşdə söyləyib.

Azərbaycanın Baş naziri isə Türkiyənin Qarabağ məsələsində olduğu kimi, COVID-19 pandemiyası dövründə də olduqca dəstək verdiyini söyləyib və bu dəstəyə görə Türkiyəyə minnətdarlığını bildirib.
 
///Report
OXŞAR XƏBƏRLƏR