Türkiyəyə 3 milyona yaxın miqrantın qanunsuz daxil olmasının qarşısı alınıb

Türkiyəyə 3 milyona yaxın miqrantın qanunsuz daxil olmasının qarşısı alınıb
DÜNYA
22:43 20.05.2023
236

Effektiv sərhəd tədbirləri sayəsində 2023-cü ilin əvvəlindən 93 148, indiyədək isə ümumilikdə 2 836 775 miqrantın Türkiyəyə qanunsuz girişinin qarşısı alınıb.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin yaydığı açıqlamada deyilir.

Qeyd olunub ki, cari il ərzində 40 480 qeyri-qanuni miqrant tutulub, deportasiya edilənlərin sayı isə 37 785 nəfər təşkil edib.

Vurğulanıb ki, 2016-cı ildən bu yana Türkiyədən deportasiya edilən miqrantların sayı 487 735 nəfərə çatıb./report

OXŞAR XƏBƏRLƏR