Türkiyəyə aprelin sonunda qar yağdı

Türkiyəyə aprelin sonunda qar yağdı
DÜNYA
13:39 28.04.2026
356
Türkiyənin Ardahan–Posof avtomobil yolu üzərində yerləşən İlqar Dağı ərazisinə yazda qar yağıb. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bölgədə yağan güclü qar səbəbindən yol kənarındakı lövhələr qar altında qalıb. 

Aprel ayının son günləri olmasına baxmayaraq, fasilələrlə yağan qar gündəlik həyata mənfi təsir göstərir.

Xüsusilə Ardahan–Posof yolunun 2550 metr hündürlükdə yerləşən İlqar Dağı keçidində qarın qalınlığı yüksək səviyyəyə çatıb.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR