Türkiyə ordusunun Suriyanın şimalında hərbi əməliyyatlara başlamasından sonra terrorçular Türkiyə ərazisini top atəşinə tutub.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, PKK/YPG terrorçuları Suriyanın Haseke vilayətindən Mardin vilayətinin Qızıltəpə rayonuna top mərmiləri atıblar.
Nəticədə 2 nəfər Türkiyə vətəndaşı şəhid olub, 12 nəfər isə yaralanıb.