Türkiyəyə qaçan rus hakerlər fırıldaqçılığa başladılar

Türkiyəyə qaçan rus hakerlər fırıldaqçılığa başladılar
DÜNYA
11:30 11.09.2023
180
İngiltərənin "Financial Times” qəzetinə danışan türkiyəli rəsmilər və ekspertlər Rusiya-Ukrayna müharibəsi səbəbindən Türkiyəyə sığınan rus hakerlərin saxtakarlıq etdiklərini açıqlayıblar.

Miqrant rusiyalıların bəziləri pulları yumaq və bütün dünyada kompüterlərdən toplanmış məlumatları Avropa məlumat bazarına satmaq üçün yerli cinayətkarlarla birləşir, xırda onlayn fırıldaqlara əl atırlar.

Yerli polisin nəzərini cəlb etməmək üçün cinayətkarların diqqətli hərəkət etdiyi və onların qurbanlarının çox vaxt qeyri-Türkiyə vətəndaşları olduğu bildirilir.

"Financial Times”a danışan kibertəhlükəsizlik üzrə ekspert hakerlərin "Telegram”da bəzi qruplar yaradaraq şəxsi məlumatları 50 dollara satdıqlarını bildirib. Rusların bu məlumatları türk hakerlərinə, türk hakerlərin isə daha yüksək məbləğlərə, xüsusən də Almaniyadakı hakerlərə satdıqları da bildirilir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR