Türkmən nazir Azərbaycanda

Türkmən nazir Azərbaycanda
DÜNYA
11:00 26.05.2014
1254
Türkmənistanın xarici işlər naziri Rəşid Meredov Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli formatdakı görüşündə iştirak etmək üçün bazar günü Azərbaycana gəlib. Bu barədə Trend məlumat verir.Bakıda görüş zamanı üç ölkənin xarici işlər nazirlərinin regiondakı vəziyyəti, Xəzərin statusunu, eləcə də əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənilir.Qeyd edək ki, artıq Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran görüş formatları mövcudur və göstərilən dövlətlərin XİN rəhbərlərinin və prezidentlərinin sammitləri keçirilir.
OXŞAR XƏBƏRLƏR