Türkmənistan prezidenti İlham Əliyevə başsağlığı verib

Türkmənistan prezidenti İlham Əliyevə başsağlığı verib
SİYASƏT
04:31 23.05.2015
1022

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Azərbaycanın dövlət başçısı İlham Əliyevə başsağlığı verib.

AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, Türkmənistan prezidentinin məktubunda deyilir:

"Bakıda çoxsaylı insan tələfatı və xəsarəti ilə nəticələnmiş faciəli yanğın hadisəsi ilə əlaqədar dərin hüznlə başsağlığımı qəbul edin. Həlak olanların bütün doğmalarının və yaxınlarının kədərinə şərik olduğumu və qəlbən üzüldüyümü onlara çatdırmağınızı xahiş edirəm. Zərərçəkənlərə tezliklə sağalmağı arzu edirəm".

OXŞAR XƏBƏRLƏR