Avaza turist zonasında məzuniyyətdə olan Türkmənistan prezidenti Qurbanqulı Berdıməhəmmədov yeni mahnı bəstələyib və həmin mahnını nəvələri ilə birlikdə ifa edib.
AZXEBER.COM virtualaz.org-a istinadən xəbər verir ki, mahnı "Yadımda" adlanır.
Xatırladaq ki, Türkmənistan dövlətinin başçısı tez-tez yeni mahnılar yazır. Onun bəstələrindən biri bu ölkədə keçiriləcək Asiya Oyunlarının himni olacaq.