xari

Türkmənistan prezidenti: "Təşəbbüslərimizi dəstəklədiyiniz üçün minnətdarıq"

SİYASƏT
16:22 21.01.2021
421
"Türkmənistan ilə Azərbaycan uzun illərdir geniş sahədə münasibətlərini ardıcıl olaraq inkişaf etdirir".

AZXEBER.COM xəbər verir ki, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə videokonfrans formatında keçirilən görüşdə bildirib.

"Aramızdakı səmərəli ikitərəfli əlaqələrin təməlində ən yüksək dövlət səviyyəsində bərqərar olan açıq konstruktiv, mehriban siyasi dialoq durur. Türkmənistanla Azərbaycanın münasibətləri ardıcıl və dinamik şəkildə inkişaf edir. Beynəlxalq aləmdə uğurla əməkdaşlıq edərək sülh, sabitlik, təhlükəsizlik lehinə mövqe bildiririk. Həmçinin enerji təhlükəsizliyi kimi qlobal məsələdə də ölkələrimiz eyni yanaşma göstərir”, - deyən Türkmənistan lideri iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığını da yüksək dəyərlədirib:

"Türkmənistan beynəlxalq təşəbbüslərinə mütəmadi verdiyi dəstəyə, BMT Baş Assambleyasında irəli sürdüyü bir sıra qətnamə layihəsində həmmüəllif olduğuna görə Azərbaycana minnətdardır. Tərəfdaşlığımızın başqa mühüm istiqaməti də nəqliyyat sahəsidir. Əfqanıstan, Türkiyə, Gürcüstandan olan tərəfdaşları ilə birgə Türkmənistan ilə Azərbaycan Asiya ilə Avropa arasında ən mühüm nəqliyyat dəhlizinə çevriləcək Lapis-Lazuri nəqliyyat dəhlizilə bağlı səmərəli işlər görürlər. Hər iki ölkə həmçinin Xəzər-Qara dəniz nəqliyyat marşrutu fikrinin də təşəbbüskarıdır”.

OXŞAR XƏBƏRLƏR