Türkmənistan Prezidentinin ölüm xəbəri ilə bağlı - Açıqlama

Türkmənistan Prezidentinin ölüm xəbəri ilə bağlı - Açıqlama
DÜNYA
23:17 21.07.2019
6881
Türkmənistanın Rusiyadakı səfirliyi ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölüm xəbərini təkzib edib.

Bu barədə TASS agentliyinə səfirlikdən bildirilib.

"Bu, tamamilə yalandır. Biz bu məlumatı təkzib edirik”, - deyə, səfirliyin nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, bəzi xarici KİV-lər məzuniyyətdə olan Qurbanqulu Berdiməhəmmədovun vəfat etməsi ilə bağlı xəbər yayıb.
 
///Qafqazinfo
OXŞAR XƏBƏRLƏR