Dekabrın 15-də Türkmənistanda keçiiləcək parlament seçkiləri ilə bağlı bu ölkənin Azərbaycandakı səfirliyində 1 saylı seçki məntəqəsi yaradılıb.
AZXEBER.COM-a Türkmənistanın Azərbaycandakı səfirliyindən bildiriblər ki, bu ölkənin Seçkilərin və Referendumların keçiriıməsi üzrə Mərkəzi Seçki Komissiyasının qərarı ilə Azərbaycanda yaşayan və təhsiıl alan Türkmənistan vətəndaşları həmin məntəqədə səs verə biləcəklər.Seçki məntəqəsi səfirliyin ərazisində, Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, ev 85, mənzil 266 266 a ünvanında yerləşir.Türkmənistan vətəndaşlarının erkən səs verə bilməsini təmin etmək üçün seçki məntəqəsi 5 dekabr tarixindən saat 14.00-18.00-dək açıq olacaq.