Türkmənistan XİN Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib

Türkmənistan XİN Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib
SİYASƏT
21:27 28.01.2023
276

Türkmənistan Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyib.

"Türkmənistan diplomatik nümayəndəliklərə hücumların və diplomatik qurumların əməkdaşlarına qarşı hər hansı zorakılığın yolverilməz olduğunu bəyan edir”, - deyə ölkənin Xarici İşlər Nazirliyinin saytında dərc olunan məqalədə vurğulanıb.

Bəyanatda mərhumun doğmalarına və yaxınlarına başsağlığı verilib, həmçinin Azərbaycanın İrandakı səfirliyinin xəsarət almış əməkdaşlarına şəfa dilənib.

OXŞAR XƏBƏRLƏR