Bizim Türkiyə olaraq hazırladığımız öz vaksinimiz TURKOVAC ilə bağlı sınaqlarımızı insanyönümlü həssaslıqla həyata keçiririk.
AZXEBER.COM "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G-20 sammitində çıxışı zamanı bildirib.
"Kliniki sınaqların son mərhələsində olduğumuz yerli vaksinimizi Allahın izni ilə vətəndaşlarımızla birgə bütün insanlığa təqdim edəcəyik", - deyə Ərdoğan əlavə edib.