Tuyqun Nadirov bacarmadı, 'Futbolpress' faəliyyətini bərpa etdi

İDMAN
23:27 09.10.2012
1692
Futbolpress.az saytı fəaliyyətini bərpa edib. Bu haqda AZXEBER.COM-a saytın təsisçisi Elçin Cəlilov məlumat verib. Onun dediyinə görə, saytın fəaliyyətini 7 gündən sonra bərpa ediblər. O həmçinin saytda bu haqda geniş məqalə yazıb. AZXEBER.COM həmin yazını təqdim edir.Oktyabrın 1-də saytın fəaliyyətində problem yarananda elə bilmişdik bu, hostinqdə gedən yeniləmə işlərinə görədi. Ancaq müddət uzun çəkdi. Çünki 2 il əvvəl yeni hostinqə - "Hostgator"a keçəndən cəmi 2 dəfə belə hal omuşdu, bu da 1-2 saatlıq. Ən etibarlı hostinqlərdən sayılan "Hostgator"un bu qədər yeniləmə işləri aparmağı şübhəli göründü. 6-7 saatdan sonra bu haqda saytımızın proqram təminatçısı "FixajGroup"a məlumat verildi. Oradan bildirdilər ki, sayta İP hücum təşkil olunub və serverdən müvəqqəti bloklama ediblər. Bu, saytın mühafizəsi üçündü. Həmin gün gecə saatlarında vebmasterimiz məsləhət bilməsə də fəaliyyətin bərpa edilməsini tələb etdik. Bunun da zərərini səhəri gün, axşam saatlarında gördük. Oktyabrın 2-də sayt bir də hücuma məruz qaldı və server saytımızdan imtina etmək haqda bildiriş göndərdi. O gündən "FutbolPress" yeni serverə köçürülürdü. Artıq fəaliyyət bərpa olunub. Bəzi xırda texniki işlər qalıb, onlar da yaxın 2-3 gündə həllini tapacaq.Bu hücumun mahiyyətini araşdıran "FixajGroup" bildirdi ki, kifayət qədər pul xərclənib. Yəni həvəskar hücum deyil, məqsədyönlü olduğu bizə aydın oldu. Bəs kimin marağında olar bu?Bugünlərdə əlinə düşən hər imkanda saytımızı və baş redaktoru Elçin Cəlilovu mövbqeyinə görə qərəzli adlandıran Tuyqun Nadirov. Sifariş edən odu. Rabitə Nazirliyinə müraciət edək ki, haker hücumu hardan təşkil olunub? Bunu isbat etmək qeyri-mümkündü. Yalnız dövlət əhəmiyyətli araşdırmalar zamanı haker hücumunun konkret kim tərəfindən sifariş olunmağı araşdırılır. Digər hallarda bu ümumi araşdırılır. Məsələn, hücum Bakıdakı İP-dən sifariş olunub. Bəs hücuma yönləndirilən İP-lər? Onlar isə dünyanın istənilən ölkəsindən pulla alına bilər. Ən çox da ABŞ, Kanada və bəzi Avropa ölkələri... Yəni biz hücumun haradan gəldiyini çox gözəl bilirik. Nadirovdan fərqli olaraq kommunikasiya sistemlərindən, internet aləmindən başımız çıxır, adam deyir, haker hücumunu banka edərlər, sayta olunduğunu birinci dəfə eşidirəm. Gülməlidi. Haker əməliyyatı saytın skriptinə hücum edən və "kod qırmaq" prosesidi. Bank soyana haker demirlər, Nadirov, öyrən, danış. Söz danışanda süni savad fışqırmaq lazım deyil. Çörəyi qulağımızın dibinə yemirik, bizə olan hücumun məqsəd və məramlarından xəbərimiz var."Facebook" və digər sosial şəbəkələrdə saytımıza qarşı bu addımı pisləyən dəstək səhifəsi yaradılıb. Lənkəran klubunun müxtəlif fan klubları olaya etiraz edirdilər. Son günlərdə klub tərəfindən fanatlara olan təzyiqdən, hansı idman saytına zəng elətdirib haqqımızda dərc olunan dəstək yazılarının çıxarılmasından, hətta fanklubları rəhbərliklə görüşə çağırılmağından... hər şeydən xəbərimiz var. Siz hər şeyi edirsiz ki, insanlar həqiqəti bilməsin. Həqiqət isə odu ki, "Xəzər Lənkəran" şəxsi maraqların poliqonuna çevrilib. Klub ən pis dövrünü yaşayır. Çamura bulaşdığınızı bilirsiz və buna görə əlinizə düşən hər imkandan yararlanıb bizim bu olayın ictimailəşməsinə mane olursuz, eləmi? Ancaq "Yeni Müsavat" və onun veb səhifəsi, "Azadlıq" qəzeti və onun veb səhifəsi, Azadlıq Radiosu kimi ölkənin ən nüfuzlu KİV-lərinə də zəng elətdirib haqqımızda yazmağına mane ola bilmədiz? Bunu mən hiss elədim və acizliyinizi gördüm, kimlərə zəng elətdirdiz ki, Elçin Cəlilov haqda, "FutbolPress" barəsində yazmayın. Sabah gedib türkiyə mediasına da zəng edərsiz, reklam təklif edərsiz və onlar da həqiqəti yazmaz. Digər Avropa ölkələrinin mediasına da zəng eləməyə çalışın. Birini reklam əməkdaşlığıyla çəkindirdiz, birinə yeni reklam əməkdaşlığı təklif etdiz, birinə öz qiymətini qoyub, satın aldız... Ama hamı satılmır. "Xəzər Lənkəran"ın azarkeşi çoxdan da çoxdu, onlar sevimli komandasında problemi əla görürlər, haqlı da etiraz edirlər. Bu azarkeşi satın almaq mümkünsüzdü, Nadirov, onlar futbolu, problemləri sizdən yaxşpı bilirlər...Biabırçı kluba çevrilməyini büruzə çıxaran "FutbolPress" fəaliyyətinə və üslubuna sadiq qalacaq. Yenə fəaliyyətimizi bərpa etdik. Yenidən başladıq. Bu dəfə sayta zərər dəyərsə, biz məsələni beynəlxalq təşkilatlar qarşısında qaldıracağıq. Hər halda "Palmali" kimi dünyada nüfuzlu bir şirkətin himayəsində olan "Xəzər Lənkəran"ın bu çirkin və zorakı əməli artıq baş verdi. Kimin nə marağına filan qədər pul xərcləsin "FutbolPress"i dağıtmağa...

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

11:46 12.02.2025

Somali Prezidenti Hasan Şeyx Mahmudun rəsmi qarşılanma mərasimi olub

11:33 12.02.2025

Ərdoğanla malaziyalı nazir arasında maraqlı dialoq - VİDEO

11:21 12.02.2025

“Qırmızı Ürəklər Təhsil Təqaüdü” proqramı yekunlaşdı: 23 tələbəyə təqaüd veriləcək

11:14 12.02.2025

Azərbaycandan Ukraynaya humanitar yardımın növbəti hissəsi yola salınıb

11:00 12.02.2025

Dostları Azəri çəkdikləri filmlə yad edəcək - FOTO

10:58 12.02.2025

İtaliyada Etna vulkanı yenidən aktivləşdi

10:57 12.02.2025

Qadının arxa cibinə qoyduğu telefon partladı - Ciddi yanıq xəsarətləri aldı

10:52 12.02.2025

BDU-nun baş müəllimi vəfat etdi

10:45 12.02.2025

"Çin və ABŞ arasında qarşıdurmanın deyil, əməkdaşlığın olması bütün ölkələrin xeyrinə olacaq"

10:45 12.02.2025

Türkiyədə terror əməliyyatında 8 nəfər saxlanıldı

10:34 12.02.2025

"Çin şirkətləri Azərbaycana investisiya yatırmaqda maraqlıdır"

10:30 12.02.2025

Məşhur müğənninin təyyarəsi qəzaya uğradı - FOTO

10:26 12.02.2025

Prezident: Biz vəd etdiklərimizi yerinə yetirdik

10:21 12.02.2025

İlham Əliyev: İmperialist keçmişi olan ölkələr diktə etməyə davam etmək istəyir

10:18 12.02.2025

Dövlət başçısı: Hədəf Azərbaycanın dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutmasından ibarət idi

10:13 12.02.2025

Prezident Davosda Çinin CGTN telekanalına müsahibə verdi