"İphone" istifadəçiləri üçün bu funksiya ödənişli olacaq

MARAQLI
14:54 08.12.2022
308
"Twitter”də ayda 8 dollar olan mavi işarə haqqı iPhone istifadəçiləri üçün 11 dollar olacaq.

AZXEBER.COM xəbər verir ki, milyarder iş adamı İlon Musk "Twitter”i aldıqdan sonra mavi işarə haqqının 8 dollar olacağını açıqlayıb. 

App Store-da tətbiqdaxili satışlardan 30 faiz komissiya aldığı üçün Apple ilə gərginlik yaşayan Musk iOS cihazlarında "Twitter Blue”nun haqqını 11 dollar etməyə hazırlaşır.

Abunəliyi iOS cihazlarında 11 dollara, şirkətin saytında isə 8 dollara almaq mümkün olacaq. 

Bundan əlavə, Android üçün qiymətin dəyişib-dəyişməyəcəyi barədə hələ ki, məlumat yoxdur. 

İlon Maskın sözlərinə görə, şirkətlər üçün sarı/qızıl, dövlət qurumları üçün boz, fiziki şəxslər üçün isə mavi rəngli nişanlar olacaq.
 
Ayşən

OXŞAR XƏBƏRLƏR