İlon Maskın bu loqosunu X olaraq dəyişdirdiyi "Twitter" "Tweetdeck" (XPro) funksiyasını da mavi işarədən sonra ödənişli edib.
AZXEBER.COM "Washington Post” qəzetinə istinadən xəbər verir ki, sosial media platforması X (Twitter) bəzi xəbər mənbələrindən və rəqabət aparan tətbiqlərdən dərc edilən linklərə klikləyərkən 5 saniyəlik gecikmə tətbiq edib.
Digər tərəfdən uzun illərdir pulsuz olan "Tweetdeck" xüsusiyyətinin də ödənişli olduğu bildirilib.
Qeyd edilib ki, keçidləri yavaşlayan saytlar arasında X ilə rəqabət aparan şirkətlər və Maskın hədəf aldığı platformalar var.
Gecikmənin X-də qısaldılmış keçid kimi istifadə edilən "t.co" domeninə təsir göstərməsi təklif edilir.
Mikayıl