"Twitter"də yeni funksiya: Artıq videoların sürətinə nəzarət edə biləcəksiniz

MARAQLI
15:10 30.05.2023
180
"Twitter"də videonun oxutma sürətinə nəzarət etmək imkanı yaranıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, artıq Twitter mikrobloqlar saytında videoların sürətinə nəzarət edə bilərsiniz.

İlon Mask tərəfindən elan edilən bu yeni xüsusiyyət istifadəyə verilib.

Twitter-də yayımlanan hər hansı videonun video parametrlərinə daxil olduqda, Oynatma Sürəti menyusu açılır. Burada 0,25x-dən 2x-ə qədər müxtəlif oxutma sürəti seçimləri mövcuddur. İstədiyinizi seçməklə videoya olduğundan daha yavaş və ya daha sürətli baxmaq mümkündür.

Bundan əlavə, əgər quraşdırılıbsa, subtitrləri yandırıb/söndürmək, video paylaşma və video reportaj seçimləri tətbiqə əlavə edilib.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR