"Twitter"dən istifadə etdiyinə görə 34 il həbs edildi

MARAQLI
12:30 18.08.2022
1043
Səudiyyə Ərəbistanında "Twitter”dən istifadə edən qadın 34 il müddətinə azadlıqdan məhrum edilib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında bir qadın "Twitter” hesabında müxalifləri və fəalları izlədiyinə və onlarla paylaşım etdiyinə görə 34 il həbs cəzasına məhkum edilib.

Məhkəmə qeydlərinə görə, yeni ittihamlar arasında qadının "ictimaiyyəti narahat etmək və mülki və milli təhlükəsizliyi pozmaq istəyən Twitter hesablarını izləməklə kömək etdiyi" də var. Buna görə də onun yenidən məhkəməyə veriləcəyi gözlənilir.
 
Ayşən

OXŞAR XƏBƏRLƏR