Twitter Ukraynadan video paylaşan hesabları qadağan edir.
AZXEBER.COM xəbər verir ki, Rusiya qoşunlarının Ukraynaya daxil olması ilə bağlı Ukraynadakı vəziyyət barədə məlumat verən, ictimai mənbələrdən məlumat toplayıb paylaşan OSINT analitiklərinin "Twitter”-də hesabları dayandırılıb.
Rusiya qoşunları Ukrayna ərazisinə daxil olarkən sosial şəbəkələrdə Şərqi Donbas və Luqansk vilayətlərindən görüntülər və videolar paylaşılmağa başlayıb. Ancaq Rusiya helikopterlərinin Krıma doğru irəliləməsi və tank diviziyalarının sərhədə doğru hərəkəti ilə bağlı görüntüləri paylaşan hesablar bir müddət sonra "Twitter” tərəfindən silinib.
Ayşən