“Twitter”dən yeni qərar: Hesabınız silinə bilər

MARAQLI
12:31 10.05.2023
184
"Twitter"in CEO-su Elon Mask bir neçə ildir aktiv olmayan hesabların sosial media platformasından silinəcəyini açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, Elon Mask mövzu ilə bağlı "Twitter” hesabında paylaşım edib.

Bir neçə ildir aktiv olmayan hesabları təmizləyəcəklərini ifadə edən Mask açıqlamasında bu səbəbdən izləyici sayında azalmaların olacağını deyib.

Qeyd edək ki, "Twitter”in siyasətinə görə, istifadəçilər hesablarını aktiv saxlamaq üçün ən azı 30 gündə bir dəfə hesablarına daxil olmalıdırlar.

Ayşən

OXŞAR XƏBƏRLƏR