U-11 Liqasından Avropa Liqasına gedən yol - İsmayıl Zülfüqarlı kimdir?

İDMAN
20:56 21.07.2019
4809

UEFA Avropa Liqası 2019/20 mövsümündə Azərbaycan klublarının heyətində uşaq və gənclər liqalarında iştirak edən 20-dən artıq gənc oyunçu sifariş olunub. Onlardan biri turnirin I təsnifat mərhələsi çərçivəsində "Neftçi" - "Sperantsa" oyununda qol vurmaqla avrokuboklar tariximizə ən gənc qol vuran azərbaycanlı futbolçu kimi düşən İsmayıl Zülfüqarlıdı. 18 yaşlı yarımmüdafiəçinin futbola başlaması və karyerası ilə bağlı əsas faktları oxucularla bölüşmək istərdik.

16 Aprel 2001-ci il tarixində dünyaya gələn İsmayıl futbola 2011-ci  ildə AFFA tərəfindən təşkil olunan U-11 Liqasında "Neftçi"nin heyətində başlayıb və həmin il liqada final mərhələsinədək irəliləyib. 2012/13 mövsümündə ROİL klubuna keçən Zülfqarlı U-12 Liqasında iştirak etmiş, lakin final mərhələsinə yüksələ bilməyib.

 

 Müvafiq liqada ROİL-in heyətində oynadıqdan sonra 2013/14 mövsümündə yenidən "Neftçi"yə qayıdan İsmayıl "Coca-Cola U-13 Liqası"nın iştirakçısı olmuş və 8 ay ərzində çıxışın yekununda final mərhələsinədək irəliləyərək liqanın bürünc medalını qazanıb.

 


Zülfüqarlı 4-cü mövsümündə (2014/15) "Neftçi"nin heyətində U-14 Liqasında 8 ay ərzində top qovub. O, 2015/16 mövsümündə U-15 Liqasında "Neftçi"nin müvafiq yaş qrupunun heyətində 25 oyun keçirdikdən sonra liqanın bürünc mükafatını qazanıb. 

 

2016/17 mövsümündə U-16 Liqasında İsmayıl  22 oyundan 18-də iştirak edərək liqanın çempionundan 1 xal geri qalan "Neftçi"nin heyətində gümüş medal qazanıb. 

Eyni zamanda 2017-ci ildə U-17 millisinə dəvət alan İsmayıl 5 yoldaşlıq görüşündə iştirak edib. Bunlar Gürcüstanla 2 qarşılaşma, habelə BƏƏ, Sudan və Makedoniya ilə görüşlərdi.

 

Zülfüqarlı 2017/18 mövsümündə isə həm Bakcell U-17 Liqası, həm də Gənclər Liqasında oynayıb. Eyni zamanda U-17 Azərbaycan millisinin heyətində U-17 Avropa çempionatı seçmə mərhələsində iştirak edərək 2 qarşılaşmada meydana çıxıb - Bolqarıstan və Ukraynayla görüşlərdə. Yarımmüdafiəçi cari mövsümdə isə U-19 millisinin heyətinə cəlb olunaraq İspaniya və Belarus millilərinə qarşı yoldaşlıq görüşündə meydanda olub.

 

Son mövsümü "Neftçi- 2"nin heyətində I Divizionda keçirən İsmayıl iyulda əsas komandada Avropa Liqasında debüt etmək şansı əldə edib. İkinci oyununda qol vuraraq avrokuboklar tarixində ən gənc qol vuran azərbaycanlı oyunçu kimi Azərbaycan futbolunda adını yazdıran Zülfqarlıyla "Neftçi" bunadək 5 illik müqavilə imzalayıb. 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:00 06.08.2020

“Bezmişəm, axırda canıma qəsd edəcəm“ — Nadir Qafarzadə

23:39 05.08.2020

Lənkəranda 100 min manatlıq qızıl oğurlayan “Malış” saxlanıldı

22:56 05.08.2020

Baş Prokurorluq Milli Məclisdə ictimai asayişi pozaraq həbs olunanların görüntülərini yaydı - VİDEO

22:27 05.08.2020

Zaqatalanın asfalt zavodunda bədbəxt hadisə: Fəhlənin qolu amputasiya edildi

22:22 05.08.2020

Qənirə Paşayeva aztəminatlı ailələrlə bağlı çağırış etdi

22:12 05.08.2020

ÜST: Bir gündə COVID-19-dan 5 mindən çox insan ölüb

21:27 05.08.2020

Peşə təhsili üzrə imtahanın keçirilmə qaydası müəyyənləşdi

20:28 05.08.2020

Şəhid generalın adı əbədiləşdirildi - FOTO

20:10 05.08.2020

Azərbaycan Livana bir milyon dollar yardım edəcək

19:55 05.08.2020

Bakıda karantin qaydalarını pozan restoran aşkarlanıb - FOTO

19:32 05.08.2020

Beyrutdakı partlayışdan sonra 70 metr diametrində krater əmələ gəlib - FOTO

19:08 05.08.2020

Ermənistanda Rusiya telekanallarının yayımı dayandırılır

19:02 05.08.2020

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə müraciət edib

18:49 05.08.2020

Bakıda masaj salonunun fəaliyyəti dayandırıldı, sahibi və işçiləri cərimələndi

18:25 05.08.2020

Daha 109 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edildi - FOTO

18:03 05.08.2020

Azərbaycanda bu markalı benzinin qiyməti bahalaşdı - FOTO

X Mostbet