Ç.Uaytinq: "Bakıda işlər plana uyğun davam edir"

İDMAN
14:35 02.09.2015
1570
Gələn il ölkəmizdə Formula1 çempionatının ilk yarışı baş tutacaq - bildiyiniz kimi, bu yarış Avropa Qran Prisi statusu alıb. Yarış gözəl Bakımızın küçələrində salınmış trasda keçiriliəcək. Beynəlxalq Avtomobil Federasiyasının (FİA) yarış direktoru Çarli Uaytinq bu gün Britaniyanın nüfuzluAutoSport.Comresursuna bildirib ki, tikinti işləri tərtib olunmuş qrafikə uyğun olaraq davam edir...Çarli Uaytinq:"Keçən həftə Belçikada mən Hermann Tilke ilə görüşdüm, onun dediyinə görə, tikinti işləri yaxşı davam edir. Bakıda yarış küçə trasında keçiriləcək, ona görə də burda stasionar trasın tikintisi ilə müqayisə aparmaq düzgün deyil. Bir neçə məqam var ki, təşviş doğurur, amma bu məqamları dəf etmək üçün hər şey edilir. Mən deyərdim ki, hazırda bütün işlər plana uyğun davam edir.Gələn ay zəruri olan yerlərdə asfalt qatının əvəz olunmasına başlayacayıq. Bakıda məsələyə çox ciddi yanaşırlar..."
OXŞAR XƏBƏRLƏR