Ucadan gülən kişi 30 gün azadlıqdan məhrum edildi

DÜNYA
10:50 08.03.2013
1507

Nyu-York ştatı Lonq- Aylend şəhərinin sakini 41 yaşlı Robert Şiavell 30 gün azadlıqdan məhrum edilə, 500 dollar cərimə oluna bilər.

Məhkəmə onu ictimai asayişi pozmaqda ittiham edib.

Mənbə bildirib ki, o, özəl evdə anası ilə birlikdə yaşayır. Qonşusundan onu yol ayırır. Qonşunun evi ilə Şavellgilinki arasında 6 metr ara var. Ancaq bu məsafə onun gülüşünü qonşuların eşitməməsinin qarşısını almağa yetərli sayılmır.

Qonşusu Daniel onun gülüşünə etiraz olaraq, son bir ayda iki dəfə polis çağırıb.

Robert Şiavellin vəkilinin sözlərinə görə, müvəkkili nevroloji xəstəlikdən əziyyət çəkir və tutmalar zamanı özünü gülməkdən saxlaya bilmir. Onun sözlərinə görə, R.Şiavellin gülüşü şişirdilib.

//lent.az

OXŞAR XƏBƏRLƏR