Ucarda 10 yaşlı uşağın asılmış halda meyiti tapıldı

Ucarda 10 yaşlı uşağın asılmış halda meyiti tapıldı
SOSİAL
11:32 30.06.2017
1973
Ucar rayonunda azyaşlının meyiti ağacdan asılı vəziyyətdə tapılıb.
 
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Alpı kəndində baş verib.
 
Kənd sakini, 2007-ci il təvəllüdlü Vaqif Aqşin oğlu Quliyevin meyiti yaxınları tərəfindən həyətdəki xurma ağacından asılı vəziyyətdə aşkarlanıb.
 
 
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR