Ucarda 16 yaşlı yeniyetmə suda boğuldu

Ucarda 16 yaşlı yeniyetmə suda boğuldu
SOSİAL
23:05 10.07.2026
175
Ucarda 16 yaşlı yeniyetmə suda boğulub.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, hadisə rayonun Qazyan kəndində qeydə alınıb.

Belə ki, 16 yaşlı gənc Ucarın Qazyan kəndi ərazisindən keçən su arxında boğulub.

Hadisə yerinə hüquq mühafizə orqanları və Fövqaladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub. Yeniyetmənin axtarışları istiqamətində zəruri işlər davam etdirilir.
OXŞAR XƏBƏRLƏR