Ucarda ağır qəza, 4 nəfər xəsarət alıb

Ucarda ağır qəza, 4 nəfər xəsarət alıb
HADİSƏ
23:39 31.03.2025
250
Ucarda minik avtomobilinin aşması nəticəsində 4 nəfər xəsarət alıb.
 
AZXEBER.COM  "APA"ya istinadən xəbər verir ki, hadisə Bakı- Qazax əsas magistral yolunun rayonun Qarabörk kəndindən keçən hissəsində baş verib.

Minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə 4 nəfər - Zaqatala rayon sakinləri 2017-ci il təvəllüdlü Sofiya İlqar qızı Şirinova, 1980-ci il təvəllüdlü Mahirə Həsənbəy qızı Şirinova, 1980-cı il təvəllüdlü İlqar Məhəmməd oğlu Şirinov və 2000-ci il təvəllüdlü Nəzər İlqar oğlu Şirinov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Zərərçəkənlər Ucar Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Göyçay xəstəxanasına göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR