Ucarda ağır yol qəzası: yaralılar var

Ucarda ağır yol qəzası: yaralılar var
Bütün Xəbərlər
14:29 04.12.2012
1009
Ucarda ağır yol nəqliyyat hadisəsi baş verib.AZXEBER.COM-un məlumatına görə, gecə saatlarında Ucar - Zərdab avtomobil yolunun 1-ci km-də baş verən yol qəzasında 3 nəfər ağır yaralanıb.Belə ki, Zərdabdan Ucar istiqamətində hərəkətdə olan 37 yaşlı Ucar rayon sakini İntiqam Gülmalıyevin idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili əks istiqamətdə hərəkətdə olan “VAZ-2110” markalı minik avtomobililə toqquşub. Hadisə nəticəsində “VAZ-2107” markalı minik avtomobilin sürücüsü Ucar rayon sakini 33 yaşlı Əliabbas Hacıyev və maşınında olan sərnişin 42 yaşlı Ucar rayon sakini Şəhla Abışova müxtəlif dərəcəli bədə xəsarətləri alıblar. Sərnişinlərdən bir nəfər isə yüngül bədən xəsarəti alıb.Hadisənin baş vermə səbəbinə gəldikdə isə ərazidə olan qatı duman avtomobillərin sərbəst hərəkətinə mane olması faktı əsas gətirilir. Faktla bağlı Ucar rayon polis şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR