Ucarda “bayraq günü” biabırçılığı: Bayrağımıza belə hörmətsizlik edildi FOTOLAR

Ucarda “bayraq günü” biabırçılığı: Bayrağımıza belə hörmətsizlik edildi FOTOLAR
SOSİAL
14:03 10.11.2016
6535

9 noyabr - Azərbaycanın Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə ölkənin bir çox ərazilərində tədbirlər keçirilsə də, Ucarda bu tədbirlər daha çox "yolaverdi” xarekter daşıyıb.

Bu barədə AZXEBER.COM-a Ucar rayon sakinləri məlumat veriblər. Məlumata görə artıq bir neçə ildən artıqdır ki, bərbad vəziyyətdə saxlanılan şəhərin bayraq meydanı tamamilə yararsız hala düşüb. Bundan başqa bayraq dirəyinin bütün mexanizmi sıradan çıxıb ki, bu da bayrağın dirəyə qaldırılmasına imkan vermir.


 

Ucar rayon Bayraq Meydanı

Məlumata görə, icra başçısı Mənsur Həmzəyev bayraq meydanının zibilliyə çevrilməsinin yuxarıların qulağına çatmaması üçün tələm-tələsik tədbirin keçirilməsinə göstəriş verib. Bayraq günündə ilk olaraq bayrağımızın önündə dövlət himnimizin səsləndirilməsi nəzərdə tutulmalı olsa da, rayon rəhbərliyi və digər idarə müdirləri tədbiri qapalı bir zalda keçiriblər.

Məsələ ilə bağlı Ucar rayon icra hakimiyyətinin saytına da göz yetirdik. Və həqiqətən şikayətçilərin söylədiyi kimi, Dövlət Bayrağı Günündə yüzminlər hesabına inşa edilən bayraq meydanı ətrafında heç bir tədbirin keçirilmədiyini müşahidə etdik.

Maraqlı olan bir digər fakt isə prezident İlham Əliyevin sonuncu dəfə -  Ucara 6 oktyabr 2015-ci il səfəri zamanı bayraq meydanının mövcud vəziyyəti ilə bağlı ona heç bir məlumatın verilməməsidir. Belə ki, prezident rayona səfəri zamanı bir sıra yeni tikililərin açılışında iştirak etsə də, ölkə başçısına bayraq meydanının mövcud vəziyyəti ilə tanış etməyiblər.

 

İcra hakimiyyətinin tədbirindən... 

Mövzu ilə bağlı Ucra rayon icra hakimiyyəti ilə də əlaqə saxladıq. İcra hakimiyyətinin informasiya təminatı və təhlili sektorunun müdiri Rövşən Eldarbəyli mövzuyla bağlı daha geniş informasiya əldə etdikdən sonra mətbuata açıqlama verəcəyini bildirib.




 

OXŞAR XƏBƏRLƏR