Ucarda ev tamamilə yanıb

Ucarda ev tamamilə yanıb
HADİSƏ
20:12 22.03.2025
304
Ucarda ev yanıb.

Hadisə bu gün axşam saatlarında rayonun Lək kəndində qeydə alınıb.

Kənd sakini Zaur Məhərrəm oğlu Cəbrayılova məxsus ümumi sahəsi 200 m² olan 4 otaqlı evdə güclü yanğın baş verib.
 
Yanğın zamanı ev əşyaları ilə birlikdə tamamıilə yanıb. Hadisə yerinə FHN-nin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Fakt araşdırılır.
 
//APA
OXŞAR XƏBƏRLƏR