Ucarda traktorla maşın toqquşub, xəsarət alanlar var - FOTO

Ucarda traktorla maşın toqquşub, xəsarət alanlar var - FOTO
SOSİAL
13:35 22.11.2025
79
Ucarda yol qəzası olub.

AZXEBER.COM APA-nın yerli bürosuna istinadən, hadisə Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.
  
Hərəkətdə olan "Hyundai Elantra" markalı minik maşını ilə traktor toqquşub. Hadisə zamanı Ucar rayon sakini, 1964-cü il təvəllüdlü Zöhrab Sabir oğlu Hacıyev və Saatlı rayon sakini, 1993-cü il təvəllüdlü Dursun Rövşən oğlu Əhmədov müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hüquq- mühafizə orqanları hadisə yerində araşdırma aparır.
OXŞAR XƏBƏRLƏR