Ucarda yol qəzaları oldu - FOTOLAR

Ucarda yol qəzaları oldu - FOTOLAR
HADİSƏ
21:27 19.09.2025
244
Ucarda eyni vaxtda iki yol qəzası baş verib.

AZXEBER.COM xəbər verir ki, hadisə Bakı–Qazax magistralının Ucar rayonunun Qazıqumlaq kəndindən keçən hissəsində qeydə alınıb.

Birinci qəza zamanı Bakı istiqamətində hərəkətdə olan traktorla yük maşını toqquşub. Nəticədə traktor magistral yoldan çıxaraq yol kənarına aşıb. İdarəetməni itirən yük maşını isə beton arakəsməni dağıdaraq yolun əks istiqamətinə çıxıb.

Adı çəkilən ərazidə baş verən digər qəzada isə ağırtonajlı avtomobillə mikroavtobus toqquşub.

Birinci qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan 2 nəfər Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

 

 

 


OXŞAR XƏBƏRLƏR