Ucuz mənzil almaq istəyənlərə şad xəbər: MİDA 5 bina tikəcək

SOSİAL
11:55 28.11.2024
212
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində beş ədəd çoxmənzilli yaşayış binası tikəcək.

AZXEBER.COM-un dövlət satınalmalarının vahid internet portalından əldə etdiyi məlumata görə, bununla bağlı agentlik hazırlıqlara başlayıb.

Belə ki, binaların 2,31 ha torpaq sahəsində tikilməsi planlaşdırılır. Bununla yanaşı, ərazidə mühəndis-kommunikasiya şəbəkəsinin tikintisi, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması işləri də həyata keçiriləcək.

MİDA sözügedən işlərin icrasının 30.087.079,22 AZN-ə (30 milyon 87 min 79 manat 22 qəpik) başa gələcəyini proqnozlaşdırıb.

OXŞAR XƏBƏRLƏR