UEFA AFFA-nı cərimələdi

UEFA AFFA-nı cərimələdi
İDMAN
12:14 28.08.2024
188
UEFA AFFA-nı 2 500 avro cərimələyib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, buna qadın futbolçulardan ibarət Azərbaycan millisinin Macarıstana Bakıda uduzduğu Avropa çempionatının seçmə mərhələ oyunundan sonra yaşananlar səbəb olub.

Milli assosiasiya qarşılaşmadan sonra meydana kənar şəxslər girdiyi üçün cərimə ödəməli olacaq.

Qeyd edək ki, iyulun 12-də baş tutan görüş macarların 5:0 hesablı qələbəsi ilə bitib.
OXŞAR XƏBƏRLƏR