UEFA Avropa Liqası: Liqa mərhələsinin ikinci oyun gününün ən yaxşı qolu açıqlanıb

İDMAN
19:57 27.09.2024
211
UEFA Avropa Liqasının Liqa mərhələsinin ikinci oyun gününün ən yaxşı qolu açıqlanıb.

AZXEBER.COM UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, doğma meydanda Yunanıstan təmsilçisi "Olimpiakos"u qəbul edən Fransanın "Lion" kollektivinin futbolçusu Rayan Çerkinin qolu ən yaxşı seçilib.

"Qarabağ"ın Avropa Liqasında rəqibi olan "Lion" sözügedən matçda 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Çexiyanın "Viktoriya" (Plzen) komandasının futbolçusu Pavel Şults ən yaxşı qola digər namizəd olub.

OXŞAR XƏBƏRLƏR