UEFA Çempionlar Liqası: "Qarabağ" "Benfika" ilə üz-üzə

UEFA Çempionlar Liqası: "Qarabağ" "Benfika" ilə üz-üzə
İDMAN
09:09 16.09.2025
139
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununa bu gün çıxacaq. 

AZXEBER.COM xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Portuqaliyada "Benfika"nın qonağı olacaq.

Qarşılaşma "Eştadiu da Luş" stadionunda, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi belçikalı FIFA referisi Erik Lambrexts olacaq.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

I tur

16 sentyabr

23:00. "Benfika" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Erik Lambrexts.

Lissabon, "Eştadiu da Luş" stadionu

Qeyd edək ki, Azərbaycan çempionu II turda, oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" kollektivini qəbul edəcək.
OXŞAR XƏBƏRLƏR