UEFA Çempionlar Liqasında oyunların əlavə vaxtsız keçirilməsi müzakirə olunur.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, qitənin ali futbol qurumu 90 dəqiqəlik əsas vaxtda qalib müəyyənləşmədiyi təqdirdə uzatma dəqiqələrinin ləğv olunması və birbaşa penalti seriyasına keçid edilməsi variantını nəzərdən keçirir.
Hazırda bu sistem UEFA Superkuboku matçlarında tətbiq edilir. UEFA-nın bu yeniliyi nə vaxt reallaşdıracağı isə hələlik məlum deyil.
Zəfər Hacılı