UEFA Çempionlar Liqasında mövsümün ilk püşkü atıldı

İDMAN
14:31 13.06.2023
221
UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün ilk püşkü atılıb.

Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən mərasimdə ilkin mərhələnin yarımfinal cütləri müəyyənləşib.

Andorranın "Atletik Ekaldes” klubu Monteneqro "Buduçnost” kollektivi ilə, San Marinonun "Tre Penne” komandası İslandiya təmsilçisi "Breydablik”lə üz-üzə gələcək. Bu raundun görüşləri iyunun 27-də, final qarşılaşması isə iyunun 30-da olacaq.

Qalib komanda birinci təsnifat mərhələsinə yüksələcək və burada Azərbaycan çempionu "Qarabağ”a rəqib ola bilər.

Qeyd edək ki, birinci təsnifat mərhələsinin püşkü oyunun 20-da atılacaq.
OXŞAR XƏBƏRLƏR