Yığmamızın qrupunda komanda dəyişiklik edilib.
AZXEBER.COM AFFA-ya istinadən xəbər verir ki, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında 2015-ci ildə təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin 4-cü qrupunun tərkibində UEFA-nın qərarına əsasən dəyişiklik edilib.Müvafiq yaş qrupundan ibarət Azərbaycan yığmasının mübarizə aparacağı bu qrupdan Ermənistan yığması çıxarılıb. Bu komandanın əvəzinə 4-cü qrupda Sloveniya yığması mübarizə aparacaq.Beləliklə, 2014-cü il noyabrın 10-dan 15-dək Macarıstanda keçiriləcək ilkin seçmə mərhələdə yığmamız Slovakiya, Macarıstan və Sloveniya komandaları ilə mübarizə aparacaq.