''UEFA kubokunu yenidən Türkiyəyə gətirmək istəyirik''

İDMAN
09:53 27.11.2012
1218

"Fənərbaxça" klubunun sağ cinahmüdafiəçisi Gökhan Gönül iddialı açıqlamaları ilə diqqət çəkib.

AZXEBER.COM-un məlumatına görə, Gökhan UEFA kubokunu yenidən Türkiyəyə gətirmək istədiklərini bildirib:

"Avroliqada işlərimiz yaxşı gedir. Burada hədəfimiz mümkün qədər çox irəliləməkdir. UEFA kubokunu yenidən Türkiyəyə gətirmək istəyirik. Bu kuboku daha öncə "Qalatasaray" gətirdi. Ancaq biz də bu kuboku qazanmaq üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, C qrupunda mübarizə aparan "Fənərbaxça" sona bir tur qalmasına baxmayaraq, artıqnövbəti mərhələyə vəsiqəni təmin edib.

OXŞAR XƏBƏRLƏR