UEFA "Neftçi"ni cəzalandırdı

İDMAN
09:30 17.07.2015
1145
UEFA-nın Nəzarət, Etik və İntizam Komitəsi Avropa Liqasının I təsnifat mərhələsinin oyunu barədə qərar qəbul edib.AZXEBER.COM-un məlumatına görə, iyulun 9-da Podqoritsa şəhər stadionunda keçirilmiş matçın sonunda hər iki komandanın futbolçuları arasında yaranmış münaqişəyə görə “Neftçi”nin iki üzvü - Aylton və Maksim Vaylo cəzalandırılıb. Hər iki futbolçu 3 oyunluq diskvalifikasiya edilib.Futbolçular arasında yaranmış münaqişəAvropa Liqasının Ilkin təsnifat mərhələsinin cavab qarşılaşmaları zamanı Monteneqro təmsilçisi "Mladost" və Azərbaycanın "Neftçi" komandaları arasında baş tutan oyunda 3 futbolçuya qırmızı vərəqə göstərilmişdi. "Neftçi"dən Aylton və ehtiyyat qapıçı Maksim Vaylo, Monteneqro klubundan isə Miloş S.Raduloviçdir.Bu futbolçular 90+9-cu dəqiqədə oyun başa çatdığı zaman vermiş kütləvi toqquşma ilə əlaqədar meydandan qovulublar. Təmsilçimizdən rəqibini vuran Aylton, Vaylo, "Mladost"dan isə toqquşmayadək əvəzlənmiş Raduloviç hakimin cəzasından yayına bilməyiblər. Davayadək Ayltonun 58-ci, Raduloviçin isə 79-cu dəqiqədə sarı vərəqəsi olub. Meydan sahiblərinin futbolçusu sarı vərəqə aldıqdan 1 dəqiqə sonra yerini komanda yoldaşına verib.
OXŞAR XƏBƏRLƏR