UEFA ''Neftçi''yə məsləhət verdi

İDMAN
20:36 08.09.2012
1545
UEFA-nın Şərq regionu üzrə bölgə direktoru Bruno Volfisberq və Kommersiya məsələləri üzrə mütəxəssisi Kris Vilson Bakıda 2 günlük səfərdə olublar.Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə,UEFA rəsmilərinin səfərində məqsəd "Neftçi"nin Avropa Liqası turniri çərçivəsində keçirəcəyi oyunlar öncəsi aparılan hazırlıq işləri ilə maraqlanmaq olub.Nümayəndələr qarşılaşmaların baş tutacağı T.Bəhramov adına respublika stadionuna baxış keçiriblər. Bununla yanaşı qonaqlar kommersiya, mətbuat və digər təşkilatı məsələlərlə bağlı öz tövsiyyələrini verib və UEFA-nın tələblərini "Neftçi"yə bildiriblər.

OXŞAR XƏBƏRLƏR